Azərbaycanın tanınmış diaspor rəhbəri güllələndi

azerbaycanin-taninmis-diaspor-rehberi-gullelendi
Oxunma sayı: 7037


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə,  R. Tağıyevin yaxınlarının verdiyi məlumata görə, silahlı sui-qəsd nəticəsində R. Tağıyev çiynindən güllə yarası alıb.

Hadisə bu gün Ukrayna vaxtı ilə axşam saat 17 00 radələrində Kiyevin mərkəzi Padol rayonunda baş verib. Naməlum şəxslər maşınından düşmək istəyən R. Tağıyevə nömrəsiz xarici markalı maşınla yaxınlaşaraq, qəflətən tapançadan atəşə tutublar, onun yıxıldığını görüb hadisə yerini tərk ediblər.

Yaxınları R. Tağıyevin xəstəxanaya yerləşdirildiyini, vəziyyətinin orta ağır olduğunu bildiriblər.