Azərbaycanla Oman bu şəxslər üçün vizanı ləğv etdi

azerbaycanla-oman-bu-sexsler-ucun-vizani-legv-etdi
Oxunma sayı: 1607

Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza rejiminin qarşılıqlı ləğv edilməsi haqqında Saziş imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

“Bu, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində növbəti addımdır”, - paylaşımda deyilir.

Qeyd edək ki, hər iki ölkə arasında həmçinin konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumu da imzalanıb.