Azərbaycanlı diplomat avtoxuliqanlığa görə saxlanıldı

azerbaycanli-diplomat-avtoxuliqanliga-gore-saxlanildi
Oxunma sayı: 3220

Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşı ilə bağlı qalmaqallı hadisə baş verib.

Qafqazinfo”nun Modern.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan səfirliyinin 3-cü katibi Abbas Mustafayev Kiyevdə avtoxuliqanlıq etdiyinə görə polis tərəfindən saxlanılıb.

Hadisə şahidlərinin sayta bildirdiyinə görə, A.Mustafayev diplomatik toxunulmazlıq sənədini təqdim etdikdən sonra polisdən qurtula bilib. Bununla belə, azərbaycanlı diplomatı buraxan yol polisi ona xəbərdarlıq etməyi də unutmayıb.