"Vətən" futbol məktəbinin məşqçi-müəllimi Zəfər Hüseynov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məktəb məlumat yayıb.
Bildirilib ki, məşqçi dünən 41 yaşında dünyasını dəyişib.
Vaxtilə AZAL-ın, "Keşlə"nin aşağı yaş qruplarından ibarət komandalarını çalışdıran Hüseynov qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Zəfər Hüseynov veteran futbolçu Nazim Süleymanovun yaxın qohumudur.
Allah rəhmət eləsin!

Son xəbərlər
Son Xəbərlər