Azərbaycanlı gənc Amerikada itkin düşüb - Foto

azerbaycanli-genc-amerikada-itkin-dusub
Oxunma sayı: 1141

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı gənc itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə gəncin yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Bayramzadə Ömər Yaşar oğlu 3 həftə əvvəl Kolumbus şəhərindəki evdən çıxıb. Bu günə qədər Ömərdən xəbər yoxdur.

Hazırda onun axtarışları hüquq-mühafizə orqanları tərəfindən aparılır. Yaxınları gənci görənlərdən ABŞ-də aktiv olan 612 972 2860 nömrəsinə məlumat vermələrini xahiş edirlər.