Azərbaycanlı hakim UEFA-dan növbəti təyinat alıb

azerbaycanli-hakim-uefa-dan-novbeti-teyinat-alib
Oxunma sayı: 2798

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan-Macarıstan oyununda hakim-inspektoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, matç martın 26-da Bakı vaxtı ilə saat 18:00-da Almatıdakı “Almaty Ortalyk” stadionunda start götürəcək.