Azərbaycanlı iş adamının Dubaya qızıl daşıdığı məlum olub

azerbaycanli-is-adaminin-dubaya-qizil-dasidigi-melum-olub
Oxunma sayı: 643

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ölkədə böyük səs-küyə səbəb olan 12 nəfərlik qrupun xaricə çıxarmaq istədiyi dəyəri 30 milyon olan 27 kiloqramlıq qızılın sahibinin müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrab olduğu təsdiqlənib.

Qeyd edək ki, Atatürk Hava limanında 12 nəfəlik bir qrupun eyni rəngli çantaları daşıması narkotik qaçaqmalçılığına nəzarət edən polisin diqqətini çəkib. Qaçaqmalçılıq faktından şübhələn polislər dərhal araşdırmaya başlayıblar və qızılların Rza Zərraba aid olduğunu öyrəniblər. Qızılların qanuni şəkildə ölkədən çıxarıldığı məlum olub.

Bu arada Rza Zərrab məlumatlandırılıb və hava limanına çağırılıb.

Araşdırılma aparıldıqdan sonra qızıllar sahibinə qaytarılıb.