Azərbaycanlıların sərhəddə film kimi qaçışı

azerbaycanlilarin-serhedde-film-kimi-qacisi
Oxunma sayı: 633

Türkiyə-Gürcüstan sərhəddində  azərbaycanlılar film kimi hadisə törədiblər. 

“Qafqazinfo”  Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkgözü sərhəd-keçid məntəqəsində biri qadın olmaqla, 4 azərbaycanlı qaçmağa çalışıb. Belə ki, Azərbaycana məxsus  99 KD 557 nömrəli maşında olan şəxslər sənədləri yoxlanan zaman birdən sürücü avtomobili sürətlə sürüb və polisin “dur” əmrinə tabe olmayıb. 

Avtomobil sərhəddən 14 kilometr uzağa gedə bilsə də, Posof bölgəsində saxlanılıb. Ələ keçəcəklərindən qorxan şəxslər maşından düşüb qaçmağa başlayıblar, lakin polis onları yaxalayıb. Qaçaqların qolları qandallanaraq bölməyə aparılıblar. Onların avtomobillərinə baxış zamanı şübhəli heç nə tapılmayıb. Məlum olub ki, sözügedən şəxslərinTürkiyəyə giriş qadağası olub və bu səbəbdən sərhəddə qaçıblar. Hazırda araşdırma aparılır.

Aysel Kərimova