Azərbaycanlılarının Həmrəylik Günüdür

azerbaycanlilarinin-hemreylik-gunudur
Oxunma sayı: 699

Naxçıvanda bir qucaq sökülmüş məftil, sonradan gül çələngi kimi Bakıda konfransa toplaşan hərəkat liderlərinə hədiyyə edilib. Həmin gün dünyanın ən gözəl çiçəkləri kimi hamı o məftilləri bağrına basıb. Elə həmin tarixdə İstanbulda sərhəd hadisələrinin ildönümünü qeyd edildi. Hər şey də o tarixdən başlandı. İstanbulda Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar verildi. İki il ötdü,1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 1992-ci ildə isə bu qərarın rəsmi qəbulu ili oldu. O zamandan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabrda qeyd olunur.

Hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini Azərbaycan sayan hər bir insan bu gündə həmrəylik nümayiş etdirir və ya etdirməlidir.