“Azərişıq” Aran regionunda yarımstansiyalar tikdi

azerisiq-aran-regionunda-yarimstansiyalar-tikdi
Oxunma sayı: 764

“Azərişıq” ASC-nin  bütün rayon elektrik şəbəkələrinin xidməti ərazilərində 0,4 kV-luq paylayıcı şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğunlaşdırılması və transformatorlardan vətəndaşın saygacına qələr güc naqillərinin təzələnməsi prosesi gedir. Əsas məqsəd isə  istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi ilə yanaşı texniki itkilərin səviyyəsinin minimuma endirilməsidir. 

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu məqsədlə 2017-ci ilin arxada qalan 4 ayı ərzində Aran RETSİ (Regional Elektrik Təchizatı və Satış İdarəsi) Elektrik Şəbəkələrinin xidməti ərazisində 75,2 km məsafədə 0,4 kV-luq hava xətləri və 4069 ədəd dayaq yenilənib. İtkilərin azaldılması məqsədi ilə 532 ədəd 10/0,4 kV-luq KTM-lərin  (Komplekt Transformator Məntəqəsi) yüklənmələrində  simmetrik paylanma icra olunub. Bundan başqa 0,4 kV-luq hava xətlərində 221,7 km məsafədə təmir işləri aparılıb, 100,5 km  ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabel xətti çəkilib.

Bütövlükdə Aran  regionunda 5 ədəd 35 kV-luq  yarımstansiya tikilərək yenidənqurmadan sonra  istifadəyə verilib.

 “Elektrik Paylayıcı Şəbəkənin Yenidən Qurulması” üzrə İnvestisiya Proqramına əsasən İmişli rayonun Rəsullu, Şahverdili, Yalavac, Məhəmmədli,  Göbəktala kəndlərində, Zərdab rayonunun Salahlı və Gəlmə kəndlərində 10 və 0,4 kV-luq şəbəkələrin yenidən qurulması işləri aparılır.

Ümumilikdə istismara yararsız, qeyri-standart dayaq və açıq naqillərlə çəkilmiş hava xətlərinin ÖİN kabellərlə əvəz edilməsi işləri əksər rayonlarda görülür.