Azərpaşa Nemətov yenə sədr seçildi

azerpasa-nemetov-yene-sedr-secildi
Oxunma sayı: 2978

Bu gün Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, keçirilən tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Tədbirdə açıq səsvermə yolu ilə Xalq artisti Azərpaşa Nemətov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri seçilib.

Hacı İsmayılov və Rafiq Əliyev sədrin müavinləri, Hacı İsmayılov, Rafiq Əliyev, Cənnət Səlimova, Siyavuş Kərimi, Azər Zeynalov və İlham Rəhimli yekdilliklə idarə heyətinin üzvü seçiliblər.