“Azərsun” Xocalı soyqırımı qurbanlarını andı - Foto

azersun-xocali-soyqirimi-qurbanlarini-andi-foto
Oxunma sayı: 1162

“Azərsun Holdinq” Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbirlər çərçivəsində Şirkətlər Qrupunun İdarə Heyətinin üzvləri, və Şirkətlər Qrupunun digər əməkdaşları dünyasını dəyişmiş günahsız insanların əziz xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar. 

Qeyd edək ki, "Azərsun Holdinq" mütəmadi olaraq Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasəti və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə müxtəlif layihələr reallaşdırır.