“AzInTelecom”da yeni təyinat

azintelecomda-yeni-teyinat
Oxunma sayı: 5137

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelekom” MMC-də yeni təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, “AzInTelecom”un Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinə rəhbər Murad Əhmədov təyin edilib. 

M.Əhmədova, eyni zamanda “AzInTelecom”un mətbuat katibi vəzifəsi də həvalə olunub.

Sözügedən bölmənin keçmiş rəhbəri Səfər Aslanov isə nazirliyin tabeliyində olan “Aztelekom” MMC-yə korporativ kommunikasiya üzrə sektor müdiri təyin edilib.

Xatırladaq ki, Vüsalə Səid “AzInTelecom” MMC, Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsindən bir neçə gün əvvəl ayrılıb.

Qeyd edək ki, Murad Əhmədov uzun illər “Qafqazinfo”nun əməkdaşı olub.