AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb

azmiu-da-beynelxalq-konfrans-oz-isine-baslayib
Oxunma sayı: 1354

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Mühəndis sistem və qurğularında ekologiya məsələləri” mövzusunda beynəlxalq elmi-praktik  konfrans öz işinə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində bir sıra dövlət qurumlarının nümayəndələri, respublikanın ali təhsil müəssisələrindən tanınmış alimlər, xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər.

AzMİU-nun Elmi işlər üzrə prorektoru Arif Şərifov elmi konfransın əhəmiyyətinə toxunub, konfransın bu gün bütün bəşəriyyəti düşündürən ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın pozulması, ekoloji təhlükəsizliyin təmin edilməsi kimi ciddi problemlərə həsr olunduğunu diqqətə çatdırıb.

Prorektorun təbrik çıxışından sonra “Azərsu” ASC sədrinin müşaviri Çingiz Abdullayev, “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi konfransın aktual mövzuya həsr olunduğunu vurğulayıblar. 

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Qeyd edək ki, iki gün davam edəcək konfransa 100-ə yaxın məqalə təqdim olunub.