Azra Akın həbsxanadakı 40 uşağı sevindirdi

azra-akin-hebsxanadaki-40-usagi-sevindirdi
Oxunma sayı: 1490

2002-ci ildə “Türkiyə və Kainat gözəli” seçilən Azra Akın xeyriyyə addımı atıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, keçmiş model Bakırköy Qadın Həbsxanasında anaları ilə birlikdə yaşayan 40 uşağı bir günlük gəzintiyə çıxarıb. Bu addımı sosial məsuliyyət layihəsi kimi həyata keçirən Azra “Bu uşaqlar hamımızındır. Sağlam böyümək hər uşağın haqqıdır” deyib.

Azra “Sağlam şərtlərdə böyüməyən hər uşaq vicdanımızda qapanmayan böyük yara kimi qalacaq” deyə sosial layihəsinin əsas məqsədini bildirib.