Azyaşlı futbolçuların energetik içki ilə fotosu etiraza səbəb oldu - Yenilənib

azyasli-futbolcularin-energetik-icki-ile-fotosu-etiraza-sebeb-oldu
Oxunma sayı: 2073

Xocalı Uşaq Futbol Klubunun sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, klub məşq edən uşaqların energetik içkilərlə fotosunu “Xocalı Futbol Klubu uşaqların qida rasionuna diqqət edir” başlığı ilə paylaşıb. 

Bu paylaşım birmənalı qarşılanmayıb. İzləyicilərin əksəriyyəti bu içkilərin uşaqlara verilməsinin təhlükəli olmasını bildirərək etiraz edib. Bəzi istifadəçilər, hətta AFFA-nın feysbuk səhifəsini işarələyərək futbol klubunun cəzalandırılmasını tələb edib. 

***

Xocalı Futbol Klubunun prezidenti və təsisçisi İlkin Hacıyev məsələ ilə bağlı “Qafqazinfo”ya danışıb: “Məqsədimiz həmişə uşaq futboluna dəstək olmaq, Xocalı adını zirvələrə daşımaq olub. Yarandığı gündən uşaqlar üçün də əlimizdən gələnin ən yaxşısını etməyə çalışmışıq. Energetik içki şirkətlərinin heç biri ilə əlaqəmiz yoxdur, onlarla əməkdaşlıq etməmişik. Həmin foto şəhidlərin xatirəsinə keçirilən turnirdən sonra çəkilib. Valideynlər o içkiləri alıblar və uşaqlara veriblər. Feysbuk səhifəmizi idarə edənlər bu fotonu sosial şəbəkə hesabımızda paylaşıblar. Az öncə məsələdən xəbər tutmuşam və məsələ ilə maraqlanmışam. Dediyim kimi biz futbolçulara bu içkiləri qadağan etmişik və belə içkilərin əleyhinəyik”.