BAAU Strateji inkişaf üzrə komitədə təmsil olunur

baau-strateji-inkisaf-uzre-komitede-temsil-olunur
Oxunma sayı: 1232

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Avrasiya Universitetini (BAAU) iclasda “Regionşünaslıq və İqtisadiyyat” fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov təmsil edib.

Əvvəlcə strateji inkişaf məsələləri üzrə müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, idarə heyəti və sədrinin seçilməsi qaydaları müzakirə olunub. Müzakirələrin gedişində tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.

Onu da qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmilləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə, Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.