“AzərEnerji” ASC olaraq enerjinin istehsalı, ötürülməsi və idarəolunmasını həyata keçirən qurum kimi bütün müasir avadanlıqların, texnologiyaların tətbiqi, rejimlərin düzgün idarə olunması və əsasən də qənaət rejimində işləmək bizə imkan verib ki, təkcə bu il hər kilovat saat enerjinin istehsalı üçün 40 qrama qədər yanacağa qənaət edək”.
“Qafqaqzinfo” xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-nin sədri Baba Rzayev Energetika Nazirliyinin sosial şəbəkə səhifəsində paylaşılan “söndür və qazan” kampaniyasına dəstək çıxışında bildirilib.
O qeyd edib ki, bu, ümumilikdə 700 milyon kub qaza qənaət, atmosferə atılan 2 milyon ton karbon qazının azalması deməkdir.
B.Rzayev həmçinin qeyd edib ki, qənaət sözünün mənası elə qazanc deməkdir və Energetika Nazirliyinin “söndür və qazan” kampaniyası da məhz buna xidmət edir.
Son xəbərlər
Son Xəbərlər