Babək prospektində qəza - Yaralılar var

babek-prospektinde-qeza
Oxunma sayı: 1615

Bakının Babək prospektində qəza baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, Babək prospekti ilə hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Bunlar 1991-ci il təvəllüdlü Əliyev Əkbər (döş qəfəsinin sınığı), 1996-cı il təvəllüdlü Sergeyevna Valentina (qapalı kəllə-beyin travması), 1986-cı il təvəllüdlü Nəsibov Kamran (bazunun sınığı), 1979-cu il təvəllüdlü Anatorseva Yuliyadır (qapalı kəllə-beyin travması, alt çənənin sınığı).

Yaralılardan ilk üçü III saylı Kliniki Tibbi Mərkəzə, sonuncu isə I saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.