“Bağışlanmaz səhvlərə yol verdik”

bagislanmaz-sehvlere-yol-verdik
Oxunma sayı: 3873

“Zatən ilk oyunda neqativ nəticə əldə olunmuşdu, məğlub vəziyyətdə gəlmişdik. Lakin o vəziyyəti dəyişməyə çalışdıq. 90 dəqiqədə komanda yaxşı vuruşdu, mübarizə apardı, bəzi səhvlərə yol verdik, ama verməməliydik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” komandasının baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyunu barədə danışarkən deyib.

O, jurnalistlərin suallarını belə cavablandırıb:

- Bu, karyeranızın ən üzücü məğlubiyyəti idi? Bu məğlubiyyət mövsümün gedişində komandaya necə təsir göstərəcək?

- Qeyd etdiyim kimi, həmin nəticə bizi qələbə qazanmağa vadar etdi, amma bu bizim mərhələyə keçməyimiz üçün yetərli olmadı. İndi komanda olaraq toparlanmalıyıq. Çünki 1-ci gün növbəti oyunumuz var, ona hazırlaşmalıyıq.

- Oyun üçün sizin strategiyanız nə idi? Matça necə hazırlaşmışdınız?

- Heyətdə bəzi dəyişikliklər etmişdim. Məcbur idik buna. Heyətdə daha hazır oyunçular olmalı idi. Ümumi hesabı bərabərləşdirə bilmişdik. Mənə ən çox təsir edən buraxdığımız ikinci qol idi. Belə səviyyəli yarışda belə qol buraxmaq, bağışlanmaz səhvdir.

- Birinci oyunda 4-cü qoldan sonra azarkeşlər ağ bayraq qaldırmışdı. Siz özünüz necə, bu nəticəyə görə ağ bayraq qaldıraraq istefa verməyi düşünürsüz?

- Nə deyim? Onu deyə bilərəm ki, mərhələni keçmək istəyirdik. Qalib gəldik, amma yetərli olmadı.

- Azərbaycandan hansı hisslərlə gedirsiz?

- Qonaqpərvərliyə görə sizə təşəkkür edirəm. Hansı hisslərlə qayıdacam? Təəssüf ki, yarışı tərk edirik. Öz liqamıza fokuslanacağıq.