Bakı Dövlət Sirki təmirdən sonra - Fotolar

baki-dovlet-sirki-temirden-sonra
Oxunma sayı: 8626

Bakı Dövlət Sirkində təmir-bərpa işlərindən sonra yeni mövsümdə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq.

“Qafqazinfo”nun məlumatına görə, proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilovdur.

Beynəlxalq sirk proqramı 14 oktyabr-27 noyabr tarixlərində davam edəcək.

Proqram ilk olaraq oktyabrın 12-si şəhid və qazi ailələri üçün xeyriyyə məqsədilə nümayiş olunacaq.

Qeyd edək ki, Bakı Dövlət Sirkində uzun illərdən sonra ilkin olaraq zəruri təmir - bərpa işləri görülüb. Restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub. Bundan başqa, təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib.

Sirkdə restavrasiya işləri mərhələli şəkildə davam edəcək.

Fotolar: Pərvin Zeynal