Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə magistralın Hacıqabulun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Nissan” markalı avtomobilin aşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər