Bakı səmasında “Türk Yıldızları”nın şousu olacaq

baki-semasinda-turk-yildizlarinin-sousu-olacaq
Oxunma sayı: 2872

“Teknofest Azərbaycan” festivalı 26-29 may tarixlərində Baku Cristal Hall və Dənizkənarı Milli Bulvar ərazisində keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

O, bildirib ki, festival çərçivəsində bulvar ərazisində müxtəlif sərgilər, konsert proqramları, təyyarə, helikopter və dronların nümayişi nəzərdə tutulub: “Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən MiQ-29 qırıcıları ilə nümunəvi pilotaj uçuşları həyata keçiriləcək. Bundan əlavə, festivalda “SoloTürk” F16 Hərbi hava şousu, “Türk Yıldızları” F16 hərbi hava şousu, uçuş simulyatorları, sərgilər, hava atraksionları və inanılmaz texniki əyləncələr, ulduzların ifasında konsert proqramı təşkil olunacaq”.

Eldar Tanrıverdiyev