Bakı-Sumqayıt yoluna duz və qum səpilir - Video

baki-sumqayit-yoluna-duz-ve-qum-sepilir
Oxunma sayı: 4048

Hazırda yol patrul xidməti avtomobillərinin müşayiətilə Bakıdan Sumqayıt şəhəri istiqamətində və Sumqayıt şəhəri ərazisindəki yollara qum və duz səpilir. 

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yollarda polis əməkdaşları tərəfindən hərəkət təşkil olunur. Hərəkət tənzimlənir. Təhlükəsizlik tədbirləri davam edir.