Bakıda 2 evdə yanğın olub, xəsarət alan var

bakida-2-evde-yangin-olub-xesaret-alan-var
Oxunma sayı: 1303

Bakıda iki evdə yanğın olub, xəsarət alan var.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 238 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 198 m² sahədə yanıb.

Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 135 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 1 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub.

Daha sonra yanğın söndürülüb.