Bakıda 3 silahlı şəxs saxlanıldı

bakida-3-silahli-sexs-saxlanildi
Oxunma sayı: 1337

Bakıda 3 nəfər silahlı şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Hüseynovdan kustar üsulla hazırlanmış tapança, 2 ədəd patron və metamfetamin aşkar edilərək götürülüb.

Sabunçu rayonunda Bakı şəhər sakini, əvəllər məhkum olunmuş R.Ələsgərovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Nəsimi rayonunda isə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rzayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.