Bakıda daha bir nəfər dəm qazının qurbanı olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 16-sı saat 06 radələrində Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evdə dəm qazından zəhərlənib.
Onun meyiti yaxınları tərəfindən hamam otağında aşkar edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq verilən məlumatda bildirilib ki, ötən gün saat 00:50 radələrində Qaraçuxur qəsəbəsindən təcili çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər