Bakıda 5 avtomobil toqquşdu, xəsarət alanlar var - Fotolar

bakida-5-avtomobil-toqqusdu-xesaret-alanlar-var
Oxunma sayı: 3668

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyatı hadisəsi baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yol qəzası Babək prospektindəki körpünün üzərində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı kiçik tutumlu sərnişin mikroavtobusu hərəkətdə olan “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “KİA” digər “Mercedes” markalı avtomobilə dəyib. Həmin “Mercedes” isə əvvəlcə “AzSamand”a və digər “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “KİA” və “Azsamand” markalı avtomobillərdə olan sərnişin və sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.