Bakıda 70 yaşlı kişi bıçaqlanıb

bakida-70-yasli-kisi-bicaqlanib
Oxunma sayı: 1166

Bakıda ahıl kişi boğazından bıçaqlanıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Şərifzadə küçəsi 365, ev 10 ünvanında 1947-ci il təvəllüdlü Musazadə Məmmədhüseyn Yusif oğlu tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb. Ona boğaz nahiyəsinə bir, bədəninə isə iki bıçaq zərbəsi vurulub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Siraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.