Bakıda ağır qəza, ölən var

bakida-agir-qeza-olen-var
Oxunma sayı: 3259

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Hovo” markalı yük maşını Hövsan-Türkan yolunda “Opel” markalı minik avtomobilinə çırpılıb. Nəticədə “Opel”in sürücüsü Abdullayev Baxşəli Əziz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı RPİ-nin İŞ-də cinayət işi başlanılaraq istintaq aparılır.