Bakıda atəşfəşanlıq və konsert olacaq

bakida-atesfesanliq-ve-konsert-olacaq
Oxunma sayı: 7034

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.

“Qafqazinfo” 1news.az-a istinadən xəbər verir ki, bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb.

Parkda yerləşən Saat qülləsinin yanında böyük səhnə qurulur.

Qeyd edək ki, Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib.