Bakıda avtomobil avtobus dayanacağına çırpıldı - Sürücünün boynu sındı

bakida-avtomobil-avtobus-dayanacagina-cirpildi
Oxunma sayı: 4958

Bu gün saat 20:30 radələrində Bakı şəhər Nəsimi rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Hunda İnsight” markalı avtomobil Cavadxan küçəsində sürücünün idarəetməsindən çıxaraq əks hərəkət zolağına daxil olub.

Nəticədə avtomobil yolun əks tərəfindəki avtobus dayanacağına çırpılaraq dayanıb.

Hadisə zamanı taksi kimi fəaliyyət göstərən avtomobilin sürücüsünün onurğası sınıb, o huşsuz halda sükan arxasında qalıb.

Qəza yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib.