Sosial şəbəkədə Bakıda baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə iyunun 16-da Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında dayanan 3 avtomobilə çırpılaraq aşıb.
Qəza nəticəsində maşında olan 2 azyaşlıdan biri vəfat edib. Daha 2 nəfər xəsarət alıb.
Həmin görüntüləri təqdim edirik: