Bakıda ərəblərin evinə qonaq gedən qız döyülüb? - Yenilənib

bakida-ereblerin-evine-qonaq-geden-qiz-doyulub
Oxunma sayı: 8970

Bakıda gənc qız əcnəbilərin hücumuna məruz qalıb.

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsində evlərin birində 1998-ci il təvəllüdlü L.Əliyeva ərəblərin (2 nəfər) hücumuna məruz qalıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub.

L.Əliyeva bildirib ki, hadisə ərəblərin yaşadığı evə qonaq gedərkən baş verib. Tərəflər arasında yaranan mübahisə zamanı ərəblər L.Əliyevaya şüşə qırıntıları ilə xəsarət yetiriblər. Hadisənin təfərrüatı araşdırılır.

***
DİN Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, ​Bakıda turistlərin evinə qonaq gedən qadının döyülüb xəsarət yetiriməsi ilə bağlı iddialar əsasızdır: "Hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var. İddiaların təfərrüatları Səbail RPİ 39-cü Polis Bölməsində araşdırılır".

Xəbəri rus dilində oxuyun: Первый вице-президент поздравила молодежь - Фото

“Чувствую себя плохо, был бы врач, вылечил бы меня” - Таги Ахмедов