Bakıda hoteldə faciə - Şüşə təmizləyənlər yıxıldı

bakida-hotelde-facie
Oxunma sayı: 1249

Bakıda faciəli hadisə baş verib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.
 
Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.