Bakıda idman motosikleti ağır qəzaya düşdü - Ölən var-Foto

bakida-idman-motosikleti-agir-qezaya-dusdu
Oxunma sayı: 3788

Bakıda yüksək sürətlə hərəkət edən motosiklet ağır qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində - “Sədərək” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Əliyev Rüfət Şəfahət oğlunun idarə etdiyi “Honda” markalı idman motosikleti 1982-ci il təvəllüdlü İ.Ağamalıyevanın sürdüyü “Toyota RAV 4” markalı avtmobilə çırpılıb.

Nəticədə motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bildirilir ki, motosiklet hadisə vaxtı yüksək sürətlə hərəkət edirmiş.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.