Bakıda iki nəfər itkin düşüb

bakida-iki-nefer-itkin-dusub
Oxunma sayı: 1014

Bakıda iki nəfər itkin düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xətai rayon sakini Kərim Məmmədov polisə müraciət edərək bildirib ki, onunla eyni evdə yaşayan gəlini, 2001-ci il təvəllüdlü Nuranə Əhmədova dünən səhər evdən çıxaraq gedib və gecə evə qayıtmayıb.

Seymur Mehbalıyev isə 17 yaşlı oğlu Alışanın günorta saatlarında evdən çıxıb getdiyini bildirib.

Hər iki faktla bağlı 35-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.