Bakıda itən 29 yaşlı Nəriman oteldə tapıldı - Foto + Yenilənib

bakida-iten-29-yasli-neriman-otelde-tapildi
Oxunma sayı: 7757

Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü Nəriman Əliyev 18 fevral tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə “Qafqazinfo”ya qardaşı Elgiz Əliyev məlumat verib. O bildirib ki, evdən çıxan zaman Nərimanın əynində qara şalvar, qara köynək və eyni rəngdə gödəkçə olub:

“Ev Nərimanov ərazisində yerləşir. Qardaşım 2 gün əvvəl 22:00 radələrində evdən çıxıb və bir daha qayıtmayıb. Telefon nömrələrinə zəng çatmır. Evdən getməsinə hər hansı bir səbəb görmürük, problemsiz insandır. Onun üçün çox narahatıq.

Evlidir, bir qızı var. Görənlərdən (055) 955-10-00 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur”.

***

Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, idarənin Cinayət- Axtarış əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü N.Əliyevin yeri müəyən olunaraq ailəsinə təhvil verilib.

O, paytaxda fəaliyyət göstərən otellərdən birində aşkarlanıb, hər hansı hüquqazidd əmələ məruz qalmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.