Bakıda meyit tapıldı

bakida-meyit-tapildi
Oxunma sayı: 4614

Bakı şəhərinin Suraxanı rayonunda meyit aşkarlanıb.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.