Bakıda müəllim faciəvi şəkildə həlak oldu - Yenilənib

bakida-muellim-facievi-sekilde-helak-oldu
Oxunma sayı: 9163

Bakıda müəllim faciəvi şəkildə həlak olub.

“Qafqazinfo” xəbər verir ki, 54 nömrəli tam orta məktəbin keçmiş müəllimi Məryəm Novruzova avtomobil qəzasında vəfat edib. 

O, sabah Masazır qəbiristanlığında dəfn olunacaq.

Məlumata görə, M.Novruzova ibtidai sinif müəllimi olub.

***

Fevralın 3-də saat 07 radələrində 1965-ci il təvəllüdlü Məmmədəliyev Vüqar İsaq oğlu idarə etdiyi "Saipa” markalı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında hərəkətdə olan zaman piyada 1971-ci il təvəllüdlü Novruzova Məryəm Fərmayıl qızını vurması nəticəsində sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılır.

***

Bildirilib ki, M.Novruzova ötən il məktəbdəki işindən ayrılıbmış.