İyunun 6-da Yevlax rayon sakini V.Nemətova (şərti) polisə müraciət edərək cinsi təcavüzlə üzləşdiyini bildirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1983-cü il təvəllüdlü qadın mayın 24-də saat 15 radələrində Bakıda yerləşən ofislərdən birində bir kişinin onu zorlamağa cəhd göstərdiyini bildirib.
İlkin araşdırmalarla qadının şikayətçi olduğu şəxsin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü C.H. olması müəyyən edilib.
Müraciətlə bağlı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsində araşdırma aparılır.
***
Hadisənin baş verdiyi bildirilən şirkətin rəhbərliyi “Qafqazinfo” ilə əlaqə saxlayıb. Onlar şikayətçi qadının psixoloji problemlərinin olduğunu iddia ediblər: “Biz həmin qadının əməlləri ilə bağlı prokurorluğa şikayət etmişik”.
Həmçinin oxuyun: Отправляющиеся на лечение в Иран, могут быть замешаны в шпионаже - Будьте осторожны!