Yanvarın 18-də Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının çevikliyi nəticəsində Bülbülə qəsəbə sakini Rəşad Məmmədov tərəfindən qaçırılmış “69-BE-698” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil müəyyən edilərək saxlanılıb.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, “Qara Qarayev” metrostaniyası yaxınlığından qaçırılan nəqliyyat vasitəsi Suraxanı rayonunun Əmircan qəsəbəsində saxlanılıb və ərazi üzrə müvafiq polis bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər