Bakıda qaraj avtomobillə birlikdə yandı

bakida-qaraj-avtomobille-birlikde-yandi
Oxunma sayı: 1122

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisində "Mercedes" markalı minik avtomobilinin salon hissəsi və arxa təkəri yanıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan qarajın lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Avtomobilin, qarajın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.