Bakıda qızı döyərkən instaqramda canlı yayımladılar - Video

bakida-qizi-doyerken-instaqramda-canli-yayimladilar
Oxunma sayı: 23029

Bakıda sosial şəbəkədə canlı yayımda həmcinslərini döyən gənc qızlar saxlanılıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində 16 yaşlı Z.M.-nı naməlum şəxslər xuliqanlıq zəminində döyüblər. Həmin görüntülər onlara məxsus “İnstagram” hesablarında onlayn formada yayımlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinənlər – İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakinləri, 2001-ci il təvəllüdlü Günel Qədirli, 2002-ci təvəllüdlülər – Lalə Məmmədova, Astara rayon sakini Safiya Quliyeva müəyyən olunub. Onlar ilkin ifadələrində törətdikləri əməli etiraf edərək peşman olduqlarını bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsilə cinayət işi açılıb. Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, Y. Əzimlinin anası Gülayə Əzimli 2010-cu ildə insan alverində ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş T. M. da onun anası haqda nalayiq ifadə işlətdiyi bildirilir. Dava da bu səbəbdən baş verib.