Bakıda qonşular arasında dava, gənc oğlan bıçaqlandı

bakida-qonsular-arasinda-dava-genc-oglan-bicaqlandi
Oxunma sayı: 2331

Bakıda bıçaqlanma hadisəsi olub.

"Qafqazinfo"nun məlumatına görə, Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində qonşular arasında dava olub. Dava zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu qonşusu tərəfindən  bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Həkimlər yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli