Bakıda şagird intihara cəhd edib? - Açıqlama

bakida-sagird-intihara-cehd-edib
Oxunma sayı: 2243

Bakı şəhəri 311 nömrəli tam orta məktəbin şagirdinin intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, məktəbdən APA-ya bildirilib ki, 10 a sinif şagirdi dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.

Hadisə nəticəsində şagirdin qaşı partlayıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.

3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub.

Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.