Bakıda “Toyota” “Kамaz”la toqquşdu

bakida-toyota-kazla-toqqusdu
Oxunma sayı: 1147

Bakıda “Toyota” markalı minik avtomobili və “Kамaz” markalı yük avtomobili toqquşub. 

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.