Bakıda xəstəxanaya çatdırılan uşağın ölümü ilə bağlı - Açıqlama

bakida-xestexanaya-catdirilan-usagin-olumu-ile-bagli
Oxunma sayı: 8787

Bakıda K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan 6 yaşlı uşaq dünyasını dəyişib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, uşaq kəskin qarın simptomu ilə xəstəxanaya gətirilib:

"Uşaq xəstəxanada qalmayıb, çatan kimi dünyasını dəyişib. Uşağın ölüm səbəbi ekspertizadan sonra məlum olacaq və bu barədə məlumat veriləcək".