Bakıda yağış hasarı aşırdı, 3 maşın altında qaldı - Video

bakida-yagis-hasari-asirdi-3-masin-altinda-qaldi
Oxunma sayı: 8220

Bakıda yağan güclü yağış torpaq sürüşməsinə səbəb olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə saat əvvəl paytaxtın Nizami rayonunda sürüşmə nəticəsində hasar aşıb.

Qara Qarayev prospekti: 61 ünvanında istinad divarının aşması nəticəsində 3 avtomobil daşlar altında qalıb.

Hazırda mütəxəssislər əraziyə sığorta şirkətlərinin gələrək avtomobillərlə bağlı qiymətləndirmə aparmasını gözləyirlər. Bundan sonra yolun təmizlənməsi işləri icra olunacaq.