Bakıda yanan "Maserati" kimindir?- - Foto

bakida-yanan-quotmaseratiquot-kimindir-
Oxunma sayı: 7783


“Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, saat 06 radələrində Rəşid Behbudov küçəsində "Maserati" markalı avtomobil qəzaya uğrayıb. Daha sonra maşın alovlanıb. 

Nəsimi rayon Polis İdarəsindən bildirilib ki, həmin avtomobil Rüfət Azad oğlu Abdullayevə məxsusdur. Maşının dövlət nömrə nişanı isə 10 LL 010-dur. Hadisə şahidlərinin verdikləri məlumata görə, "Maserati"nün sükanı arxasında çox gənc sürücü olub. Maşının yandığını görən kimi ondan düşüb, heç söndürməyə cəhd belə etmədən hadisə yerini tərk edib.